Gürcüstanda Azərbaycan vətəndaşları da daxil 55 miqrant saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi yanında fəaliyyət göstərən Miqrasiya Departamentinin əməkdaşları xüsusi nəzarət tədbirləri nəticəsində 55 xarici vətəndaşı saxlayıb.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində ölkə daxilində müxtəlif obyekt və ərazilərdə həyata keçirilib.
Nəticədə Rusiya, Özbəkistan, Türkiyə, Belarus, Qırğızıstan, Azərbaycan, İordaniya, Fil Dişi Sahili, Banqladeş, Türkmənistan və Pakistan vətəndaşları aşkarlanaraq saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxslərin Gürcüstanda qalmaq üçün qanuni əsaslarının olmadığı və ölkədə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanunun tələblərini pozduqları müəyyən edilib.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti saxlama mərkəzində yerləşdirilib. Onların ölkədən çıxarılması ilə bağlı müvafiq prosedurlar davam etdirilir.
Oxşar xəbərlər
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 34 əcnəbi deportasiya edilib
Gürcüstandan çox sayda əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Gürcüstandan 96 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Gürcüstanda 15 xarici vətəndaş deportasiya edilib
Gürcüstan 36 əcnəbini deportasiya edib, aralarında azərbaycanlı da var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
