Sabirabadda Kür çayı məcrasından çıxıb
Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub.
"Report"un Aran bürosunun məlumatına görə, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub.
Nəticədə Kür və Araz çaylarının qovuşduğu ərazi yaxınlığında çay öz məcrasından çıxaraq sahilboyu yerləşən Tuğay meşələri istiqamətində yayılmağa başlayıb.
Hadisənin baş verdiyi əraziyə yaxın zonada restoranların yerləşdiyi bildirilir. Hazırda suyun həmin istiqamətdə irəliləməsi müşahidə olunur.
Sabirabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, mövcud vəziyyət nəzarət altındadır. Qurumun açıqlamasına əsasən, çayın məcrasından çıxmasına baxmayaraq, hələlik ciddi təhlükə gözlənilmir. Belə ki, suyun səviyyəsi mühafizə bəndindən təxminən iki metr aşağıda qalır.
Aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinqlər davam etdirilir, vəziyyətin sabit saxlanılması üçün zəruri qabaqlayıcı tədbirlər görülür. Ehtiyac yaranacağı təqdirdə əlavə texnika və canlı qüvvənin cəlb olunacağı bildirilib.
Oxşar xəbərlər
ADSEA: Kür çayında suyun səviyyəsi yüksəlib, lakin daşqın təhlükəsi yoxdur
Kürün səviyyəsinin artması nəticəsində Sabirabadda iki kəndi birləşdirən ponton körpü su altında qalıb
Araz çayında suyun səviyyəsi 1 metr azalıb
Kür çayında suyun səviyyəsi artıb
Ağcabədidə Kür çayı bəndi yarıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
