Azərbaycanda yonca sahələrinin sığortalanmasına başlanılıb
Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində yonca sahələrinin sığortalanmasına start verilib.
Bu barədə “Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, yonca Azərbaycanda ən kütləvi şəkildə əkilən yem bitkisidir. Son məlumatlara görə, ölkəmizdə 87 min nəfərə yaxın fermer tərəfindən 145 min hektar ərazidə yonca əkilir.
Yonca ən çox Qarabağ (37 min hektar), Mil Muğan (36 min hektar) və Mərkəzi Aran (29 min hektar) iqtisadi rayonlarında əkilir. Yem bitkisinin ən çox əkildiyi rayonlar Ağcabədi (14,2 min hektar), Beyləqan (13,5 min hektar), Bərdə (11,5 min hektar), Yevlax (8,7 min hektar) və İmişlidir (8,6 min hektar).
Böyük tələbatın olması və ildə bir neçə dəfə məhsul verməsi yoncanı iqtisadi cəhətdən əlverişli və fermerlər üçün qazanclı bitkiyə çevirib. Bununla yanaşı, yonca təbiət hadisələri, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri kimi hallara qarşı həssas bitki sayılır.
Aqrar Sığorta Fondu yonca bitkisini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələri, dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntıları, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən sığortalayır.
Yonca sahəsinin sığortası nə vaxt biçilməsindən asııl olmayaraq, il ərzində əkin sahəsindən toplanan bütün məhsulu əhatə edir. Fermer məhsulu bəyan edərkən sahədən gözlənilən məhsulun çəkisini və gözlənilən satış qiymətini qeyd edir. Bununla da əkin sahəsindən fermerin gözlədiyi gəlir məbləği formalaşır. Bu məbləğ və əkin sahəsinin yerləşdiyi region üzrə sığorta tarifi nəzərə alınaraq sığorta haqqı hesablanır.
Qaydalara görə, sığorta haqqının yarısını dövlət ödəyir.
Mil Muğan regionunda 1 hektar yonca sahəsindən 200 sentner məhsul, 1 sentnerin qiyməti 20 AZN proqnozlaşdırılır. Bu halda, 1 hektar sahədən gözlənilən məhsulun ümumi dəyəri 4 000 manat təşkil edir. Region üzrə sığorta tarifinin 1,52 % olduğunu nəzərə alanda, bu yonca sahəsinin sığortalanması üçün ümumi sığorta haqqı 60,8 manat təşkil edir. Həmin məbləğin 50 %-i dövlət tərəfindən ödənilir, nəticədə fermer cəmi 30,4 manat ödəniş etməklə 1 hektar yonca sahəsini sığortalaya bilər.
Oxşar xəbərlər
Cəlilabadda yoncanın məhsuldarlığı azalıb
Azərbaycanda çiyələk əkinlərinin sığortalanmasına başlanılıb
Bu il İmişlidə 215 hektar sahədə şəkər çuğunduru əkilib
Azərbaycanda tütün sahələrinin sığortalanmasına başlanılıb
Biləsuvarda yonca toxumu bahalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












