İmişlinin 2 kəndində bəzi əkin sahələri su altında qalıb
sizinxeber.az xəbər saytı

İmişlinin 2 kəndində bəzi əkin sahələri su altında qalıb


Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun bir neçə kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Əlyetməzli kəndinə aid 35 hektar, Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.

Yaranmış vəziyyətlə əlaqədar olaraq İmişli Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti idarə və təşkilatların məsul əməkdaşları ilə birlikdə su basmış ərazilərə baxış keçirilib, operativ tədbirlər görülüb.

Belə ki, su altında qalan nəqliyyat yolunda hərəkətin bərpası məqsədilə əraziyə su boruları yerləşdirilib, suyun axını tənzimlənib və vətəndaşların torpaq sahələrinə təhlükəsiz keçidi təmin olunub.

Hazırda vəziyyət nəzarət altındadır.

Mütəmadi monitorinqlər aparılır, suyun səviyyəsi izlənilir və mümkün risklərin qarşısının alınması istiqamətində əlavə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

İmişli və Biləsuvarda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək 
İmişlidə yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək 
İmişli və Cəlilabadda yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək 
Cəbrayılda ilk dəfə kənd təsərrüfatı üçün sahibkarlara 991 hektar torpaq sahəsi ayrılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər