Şəkidə yol qəzasında ata ölüb, 9 yaşlı oğlu və 15 yaşlı qohumu ağır xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şəkidə yol qəzasında ata ölüb, 9 yaşlı oğlu və 15 yaşlı qohumu ağır xəsarət alıb - YENİLƏNİB


Aprelin 22-də saat 02:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (kişi cinsli) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, onların hər birinə ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdiribiliblər. Travmatik şok diaqnozu təyin edilən, vəziyyəti ağır qiymətləndirilən 1981-ci il təvəllüdlü şəxsə zəruri reanimasiya tədbirlərinin göstərilməsinə baxmayaraq, saat 04:20-də ölüm faktı qeydə alınıb.

Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilən 2010-cu il təvəllüdlü yeniyetmə və dəqiqləşdirilməmiş koma diaqnozu təyin edilən 2016-cı il təvəllüdlü azyaşlının da vəziyyəti ağır qiymətləndirilir.

***

08.02

Şəkidə ağır yol qəzası baş verib, ata ölüb, azyaşlı övladı isə ağır xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Şəki şəhər sakini Təvəkkül İslam oğlu Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.

Qəza zamanı sürücü T. Şirəliyev, avtomobildə olan sərnişinlər - sürücünün oğlu 2016-cı il təvəllüdlü Kənan Təvəkkül oğlu Şirəlizadə və azyaşlının xalası oğlu 2010-cu il təvəllüdlü Fəqan Şahin oğlu Qocayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq sürücü T. Şirəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər

Şəkidə yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB
Abşeronda qəza nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle