Daşkəsəndə silsilə oğurluqlarda şübhəli bilinən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Daşkəsəndə silsilə oğurluqlarda şübhəli bilinən şəxslər saxlanılıb


Daşkəsən rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər tutulublar.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən R.Hacıyev, E.Səmədov, Ə.Süleymanov və N.Verdiyev saxlanılıb.

Araşdırmalarla onların müxtəlif vaxtlarda Daşkəsən rayonunda 5 mənzildən məişət əşyaları oğurladıqları məlum olub.

Bundan başqa, digər tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Musayev də saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Xəzər rayonunda bir nəfərin 22 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Şəmkirdə oğurluqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Sabunçuda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Qazax sakinini bıçaqlayan şəxs saxlanılıb
Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər