Sumqayıtda evlərdən 16 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
sizinxeber.az xəbər saytı

Sumqayıtda evlərdən 16 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb


Sumqayıt şəhərində evlərdən silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bir nəfər polisə müraciət edərək yaşadığı evdən 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - 36 yaşlı E.Axundov və 33 yaşlı X.Hümbətov müəyyən edilərək saxlanılıblar.

Aparılan araşdırmalarla E.Axundovun əvvəllər məhkum olunmuş 35 yaşlı A.Ağayevlə birgə şəhər ərazisində yerləşən daha iki evdən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı məlum olub. Əməli törətməkdə şübhəli bilinən A.Ağayevin saxlanılması da təmin edilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bakıda evdən 9 min 950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb
Bakıda evdən 9950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb
Binəqədidə pul və qızıl-zinət əşyaları oğurlanıb
Sumqayıtda 65 yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb
Bakıda evlərdən 15 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər