Sizinxeber.az » Cəmiyyət » Hadisə » Manukyan Ermənistanın yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib

Manukyan Ermənistanın yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib

Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, həmin ölkənin vətəndaşı David Manukyan dövlət ittihamçısının suallarını cavablandırarkən bildirib ki, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketi olmayıb.

APA xəbər verir ki, o, 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın cəbhədən uzaq ərazilərinə raket atılmasından xəbərsiz olduğunu, bu hadisələrdən sonradan xəbər tutduğunu iddia edib.

D.Manukyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində keçirilən hərbi təlimlərlə bağlı da sualları cavablandırıb. Təqsirləndirilən şəxs Qarabağda hərbi təlimlərin keçirilməsi ilə bağlı göstəriş və planların Ermənistan silahlı qüvvələrinin baş qərargahından gəldiyini etiraf edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !