Saakyan: Qondarma rejimin “ordusu” Ermənistanın ən böyük silahlı birləşməsi idi
Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinə tabe olub.
APA xəbər verir ki, bunu martın 14-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən bildirib.
O, qondarma rejimin “ordusu”nun Ermənistan Silahlı Qüvvələrin ən böyük silahlı birləşməsi olduğunu deyib.
B.Saakyan qeyd edib ki, qondarma rejimin “müdafiə naziri”, “Silahlı Qüvvələrin baş qərargah rəisi” və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən həyata keçirilib. O, bu işlərə qarışmadığını deyib və bildirib: “Biz bunu gizlətmirdik”.
Təqsirləndiirlən şəxs etiraf edib ki, qondarma rejimin “hərbi qurum”ları ilə bağlı bütün bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Rəsmi Bakı Qarabağdakı qondarma rejimin nümayəndələrinə amnistiya tətbiq edilməsinin şərtlərini açıqlayıb
XİN: Paşinyanın 2023-cü ildə qondarma “müstəqillik”lə bağlı separatçı xunta rejiminə təbrikini heç kəs unutmayıb
Şahramanyan da saxlanıldı? - Erməni KİV
Bako Saakyan: Silahlar Ermənistandan gəlirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











