Ucarın Təzə Şilyan kəndində açıq ərazidə yanğın olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
mar
2025
08:30

Ucarın Təzə Şilyan kəndində açıq ərazidə yanğın olub

07 mar, 2025
08:30
721

Ucarın Təzə Şilyan kəndində açıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ucar rayonu, Təzə Şilyan kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən "Report"a bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir və Ucar rayon Yanğından Mühafizə hissələrinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kol-kos və qamışlıq sahədə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən ərazidə yerləşən kommunikasiya xətlərinə keçməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 15ha sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər və kommunikasiya xətləri yanğından mühafizə olunub.

Bizimlə əlaqə saxlayın