

Ermənistan silahlı qüvvələrinin generalı Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf edib
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşdüyünü etiraf edib.
"Report" xəbər verir ki, o, ifadəsində hərbçi olduğunu, Ermənistanda xidmət etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı vuruşduğunu bildirib.
D.Manukyan bildirib ki, üstündə gəzdirdiyi və sonradan evində aşkarlanan odlu silahlar Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.
O, 44 günlük müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək deyib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət almadım”.
Davit Manukyan istintaq dövründə müstəntiqlərlə çox yaxşı əməkdaşlıq etdiyini də söyləyib.
Təqsirləndirilən digər şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün suallara cavab verdiyini bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm. İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam edir.
Oxşar xəbərlər
Ermənistan silahlı qüvvələrinin generalı Davit Manukyan Azərbaycana qarşı döyüşdüyünü məhkəmədə etiraf edib
DTX məlumat yaydı: Manukyan həbs edildi
Avropa Parlamentinin Azərbaycan-Ermənistan arasında sülhə töhfə verəcəyinə inanmıram - Elçin Əmirbəyov
"Dqr"çilərin məhkəməsi başladı
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
