Balakəndə restoranın həyətində xeyli ağac kəsilib
sizinxeber.az xəbər saytı

Balakəndə restoranın həyətində xeyli ağac kəsilib


Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN-dən Sizinxeber.az-ya verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində keçirilən növbəti tədbir zamanı bir iaşə obyektində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması və atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması aşkar olunub. Həmin obyektin icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Balakən rayonunda keçirilən tədbir zamanı isə restoranlardan birinin həyətində obyekt sahibi tərəfindən 19 ədəd müxtəlif növ ağacın kəsilməsi faktı aşkarlanıb. Təhqiqat araşdırmaları aparılır.

Həmçinin, yerin təkindən qanunsuz istifadə edən 1, məişət tullantılarını urnalardan kənara atan 3 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Ekoloji təhlükəsizlik qaydalarının pozulmasına qarşı tədbirlər görülüb
Biləsuvarda ətraf mühiti zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub - FOTO
Separatçılar bütün təkliflərimizi rədd edir - Bakı
Xocalıda təmizlik qaydalarının təmin olunması istiqamətində tədbirlər görülüb
İmişlidə ov edən şəxs saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər