Dövlət ittihamçısı: Xankəndi və Kərkicahan qəsəbəsinin işğalı nəticəsində 2 min 944 nəfər dinc sakin didərgin salınıb
Xankəndi və onun Kərkicahan qəsəbəsinin işğal olunması nəticəsində 2 min 944 nəfər dinc sakin didərgin salınıb.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli çəxslərin məhkəməsində dövlət ittihamçısı Fuad Musayev bildirib.
O qeyd edib ki, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 4 min 579 ədəd əmlak üzrə 636 milyon manatdan artıq maddi ziyan vurulub.
Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Oxşar xəbərlər
Kərkinin işğalı nəticəsində dövlət və xüsusi mülkiyyətə 7 milyon manatdan artıq maddi ziyan vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tuqay Rəhimli: Tərtərdə işğal nəticəsində ümumilikdə 1 127 əmlak üzrə 155 milyon AZN-dən çox ziyan vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəlbəcərin işğal olunması nəticəsində xüsusi və dövlət mülkiyyətinə 2,2 milyard AZN-dən çox ziyan dəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müharibə nəticəsində Azərbaycana 37 168 əmlak üzrə 19 milyard AZN-dən çox ziyan vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət ittihamçısı Xocalı soyqırımı zamanı törədilmiş cinayət faktlarını elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












