Müharibə nəticəsində Azərbaycana 37 168 əmlak üzrə 19 milyard AZN-dən çox ziyan vurulub
sizinxeber.az xəbər saytı

Müharibə nəticəsində Azərbaycana 37 168 əmlak üzrə 19 milyard AZN-dən çox ziyan vurulub


Ermənistanın apardığı müharibə nəticəsində Azərbaycana 37 168 əmlak üzrə 19 milyard manatdan artıq ziyan vurulub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə dövlət ittihamçısı Təranə Məmmədova sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində İttiham aktına əsasən elan edib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılmış, bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.

Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Oxşar xəbərlər

Tuqay Rəhimli: Tərtərdə işğal nəticəsində ümumilikdə 1 127 əmlak üzrə 155 milyon AZN-dən çox ziyan vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəlbəcərin işğal olunması nəticəsində xüsusi və dövlət mülkiyyətinə 2,2 milyard AZN-dən çox ziyan dəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kərkinin işğalı nəticəsində dövlət və xüsusi mülkiyyətə 7 milyon manatdan artıq maddi ziyan vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət ittihamçısı: Xankəndi və Kərkicahan qəsəbəsinin işğalı nəticəsində 2 min 944 nəfər dinc sakin didərgin salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət ittihamçısı Xocalı soyqırımı zamanı törədilmiş cinayət faktlarını elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər