Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Narkotik satışında ittiham edilən "TikTok"er Zeynəb Ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Zeynəb Ən-Nəimi 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Zeynəb Ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.
Oxşar xəbərlər
Prokuror narkotik satışında ittiham edilən "TikTok"erə cəza istəyib
"Kanal-11"in həbsdə olan rəhbəri Teymur Kərimova hökm oxunub
Dələduzluqda ittiham olunan Rail Abbasova hökm oxunub
Afiyəddin Məmmədova hökm oxunub
Sahibkarın pullarını mənimsəyib "TikTok"da hədiyyələr göndərən şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










