Prokuror narkotik satışında ittiham edilən "TikTok"erə cəza istəyib
Narkotik satışında ittiham edilən "TikTok"er Zeynəb ən-Nəiminin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Proses 23 yanvar tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Zeynəb ən-Nəimi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.
Oxşar xəbərlər
Afiyəddin Məmmədova cəza istənilib
Famil Xəlilov ev dustaqlığına buraxılıb
Bəxtiyar Hacıyevə 11 il həbs cəzası istənilib
Sahibkarın pullarını mənimsəyib "TikTok"da hədiyyələr göndərən şəxsə hökm oxunub
Afiyəddin Məmmədova hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










