Sahibkarın pullarını mənimsəyib "TikTok"da hədiyyələr göndərən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Sahibkarın pullarını mənimsəyib "TikTok"da hədiyyələr göndərən şəxsə hökm oxunub


Külli miqdarda mənimsəmədə təqsirləndirilən Nicat Məmmədovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edib. O, təqsirləndirilən şəxsin 8 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmədə hökm oxunub. Təqsirləndirilən Nicat Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Məmmədov sahibkar Oruc Quliyevə 69 min 800 manat ziyan vurmaqda ittiham olunur. İttihama görə, Nicat Məmmədov sahibkarın etibarından istifadə edib pullarını mənimsəyib və "TikTok"da ayrı-ayrı fenomenlərə qiymətli hədiyyələr göndərib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə)maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
İki nəfərə qarşı 135 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bacısını qayışla boğaraq öldürməkdə ittiham olunan şəxsə hökm oxunub
Beynəlxalq Bankdan mənimsəmədə təqsirləndirilən sabiq şöbə müdirinə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər