Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri ölüb
sizinxeber.az xəbər saytı

Sumqayıtdakı partlayışda xəsarət alan şəxslərdən daha biri ölüb


Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.

“Report”un yerli bürosu məlumat verir ki, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev ölüb.

Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.

A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Oxşar xəbərlər

Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb
Sumqayıt Tibb Mərkəzi: Partlayış zamanı xəsarət alanlardan biri ölüb, digərinin vəziyyəti ağırdır - YENİLƏNİB
Sumqayıtda mənzildə partlayış baş verməsi səbəbilə ölənlərin sayı ikiyə çatıb
Sumqayıtda partlayış zamanı xəsarət alanlardan biri ölüb, yaralının vəziyyəti məlum olub - YENİLƏNİB
Samuxda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər