Sumqayıtda mənzildə partlayış baş verməsi səbəbilə ölənlərin sayı ikiyə çatıb
sizinxeber.az xəbər saytı

Sumqayıtda mənzildə partlayış baş verməsi səbəbilə ölənlərin sayı ikiyə çatıb


Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə ölənlərin sayı ikiyə çatıb.

Sizinxeber.az xəbər verir ki, başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafının I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü Ayxan Əliyev bu gün müalicə aldığı reanimasiya şöbəsində ölüb.

Onun bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev dekabrın 7-də dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, sözügedən partlayış dekabrın 3-də qeydə alınıb.

Oxşar xəbərlər

Sumqayıtda partlayış zamanı xəsarət alanlardan biri ölüb, yaralının vəziyyəti məlum olub - YENİLƏNİB
Sumqayıt Tibb Mərkəzi: Partlayış zamanı xəsarət alanlardan biri ölüb, digərinin vəziyyəti ağırdır - YENİLƏNİB
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Sumqayıtda partlayış zamanı xəsarət alan şəxslərdən biri ölüb
Daşkəsəndə binada qaz sızmasından partlayış olub, xəsarət alan var - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər