Daşkəsəndə binada qaz sızmasından partlayış olub, xəsarət alan var - YENİLƏNİB
Daşkəsəndə qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
TƏBİB-dən APA-ya verilən məlumata görə, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü şəxs (kişi cinsli) (Sadıqov Nadir Telman oğlu) 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.
Məlumatda bildirilib ki, pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
***
06.21
Daşkəsəndə mənzildə qaz sızmasından partlayış olub.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, sözügedən ünvada yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.
Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə partlayışa qaz sızması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb - YENİLƏNİB
Daşkəsəndə mənzildə partlayış olub, ağır xəsarət alan var
Daşkəsəndə yaşayış binasında qaz partlayıb, xəsarət alan var
Bakıda məktəbin qazanxanasında partlayış olub, xəsarət alan var - FOTO - YENİLƏNİB
Bakıda məktəbin qazanxanasıda partlayış olub, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
