Gəncədə qətl hadisəsinin bəzi detalları məlum olub - FOTO - YENİLƏNİB
Gəncədə 44 yaşlı kişinin qətlə yetirilməsinin bəzi detalları məlum olub.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, qətlə yetirilən 1971-ci il təvəllüdlü Şəmistan Süleymanov şəhərin Totanlı küçəsində fəhlə işləyən qohumu Nəsimi Mustafayevin yanına gələrək borcunu istəyib.
Onların arasında dava baş verib. Mübahisə zamanı Mustafayev Süleymanova kəsici alətlə bir neçə zərbə endirib.
Ş. Süleymanov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Totanlı küçəsi, 6-cı döngə, ev 13 də (yeni məhlələr) adlanan ərazidə qeydə alınan hadisənin 400 manat borc üstündə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
17:36
Gəncədə qətl hadisəsi baş verib.
Sizinxeber.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinə Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü Şəmistan Süleymanovun kəsici-deşici alətlə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1971-ci il rəvəllüdlü Nəsimi Mustafayev saxlanılıb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə qətl hadisəsi olub
Gəncədə sirkə turşusu içən kişi xəstəxanada ölüb
Gəncədə sirkə turşusu içən qadın xəstəxanada ölüb
Gəncədə 20 yaşlı gənc oğlan ayağından bıçaqlanıb
Gəncədə 4 min ot bağlaması yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
