FHN və Baş Prokurorluq yağış suları ilə dolu tuneldə 1 nəfərin meyitinin aşkarlanması barədə birgə məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, birgə məlumatda deyilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.
Eyni zamanda, media nümayəndələrindən və sosial media istifadəçilərindən dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik".
Oxşar xəbərlər
Subasmaya məruz qalmış tuneldən cəsəd tapılması faktı araşdırılır - YENİLƏNİB
Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, FHN qüvvələri hərəkətə keçib - VİDEO
Bakıda Sabunçu tunelində batan iki nəfərdən birinin meyiti çıxarılıb - FOTO
Naxçıvanda fərdi yaşayış evlərinin zirzəmisini su basıb - VİDEO
Sabunçuda yanğın söndürülüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
