Qazaxıstan və Aİ Transxəzər dəhlizinin inkişafını müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Qazaxıstan və Aİ Transxəzər dəhlizinin inkişafını müzakirə ediblər


Qazaxıstan və Avropa İttifaqı (Aİ) nəqliyyat sahəsində əməkdaşlığı dərinləşdirmək və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz - red.) inkişafı məqsədilə danışıqları davam etdirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu məsələ 2026-cı il mayın 22-də Astanada Qazaxıstanın nəqliyyat nazirinin müavini Janibek Tayjanovun Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğunun dayanıqlı nəqliyyat və şəhər inkişafı şöbəsinin rəhbəri Serxio Olyete Xos ilə ikitərəfli görüşü zamanı müzakirə olunub.

"Danışıqlar zamanı tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cari statusunu və əsas nailiyyətlərini müzakirə ediblər. Tranzit daşımalarının artımının müsbət dinamikası, yüklərin çatdırılma müddətinin əhəmiyyətli dərəcədə azalması, həmçinin konteyner daşımalarının həcminin daha da artırılması planları qeyd olunub", - məlumatda bildirilib.

Xəzər regionunun liman infrastrukturunun inkişafına xüsusi diqqət yetirilib. Qazaxıstan tərəfi Avropa Yenidənqurma və İnkişaf Bankının və Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən Aktau dəniz limanında yanalma körpülərinin yenidən qurulmasının gedişatı, eləcə də yeni gəmilərin tikintisi və Xəzərdə bərə əlaqəsinin inkişafı barədə məlumat verib.

"Görüşün yekunlarına əsasən, tərəflər nəqliyyat tərəfdaşlığının daha da möhkəmləndirilməsində qarşılıqlı maraqlarını təsdiqləyib və Transxəzər dəhlizinin Asiya və Avropa arasında etibarlı və rəqabətqabiliyyətli marşrut kimi inkişaf etdirilməsi məqsədilə konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

“KTZ Express” və “Yixinou” Orta Dəhlizlə daşımaların həcmini artırmaq niyyətindədir
Rumıniya və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə iş aparır
Yaponiyalı nazir: "Orta dəhlizin potensialını öyrənməkdə maraqlıyıq"
Tokayev: "Transqazaxıstan dəmir yolu dəhlizi TBNM-in əsas həlqəsi olacaq"
Orta Dəhlizlə bu il konteyner daşımaları 3 dəfə artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər