Ukrayna ordusu sərhəddən 1700 km uzaqlıqdakı Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
Ukrayna ordusu sərhəddən 1700 km uzaqlıqdakı Rusiyanın hərbi sənaye müəssisəsinə zərbə endirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.
Ukrayna lideri Rusiya ərazisinin dərinliyində - Perm bölgəsində “Metafrax Chemicals” müəssisəsinə zərbə endirildiyini təsdiqləyib.
Zelenski qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) həyata keçirdiyi əməliyyat ölkə sərhədindən təxminən 1700 kilometr uzaqlıqda baş verib və bu, Rusiyanın hərbi sənaye kompleksinə qarşı “uzunmənzilli sanksiya” xarakteri daşıyır.
Onun sözlərinə görə, “Metafrax Chemicals” Rusiya kimya sənayesinin mühüm hissəsidir və istehsal etdiyi məhsullar ölkənin bir çox hərbi zavodlarını, o cümlədən pilotsuz uçuş aparatları, aviasiya texnikası, raket mühərrikləri və partlayıcı maddələrin istehsalını təmin edən müəssisələri xammalla təchiz edir.
Ukrayna Prezidenti müəssisədə istehsal prosesinin dayandırıldığını iddia edib.
Oxşar xəbərlər
Ukrayna Rusiyanın "VNİİR-Proqress" hərbi-sənaye müəssisəsinə zərbələr endirib
Ukrayna ordusu Rusiyanın bir sıra mühüm obyektlərinə zərbə endirib
KİV: Ukrayna Kurskda Rusiyanın PUA bazasını vurub: 20-yə yaxın hərbçi ölüb
Zelenski: Ukrayna Rusiya FTX-nın qərargahına zərbə endirib
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
