"Reuters": ABŞ İranın hərbi obyektinə zərbə endirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
04:00
0
0
1 017
ff aaaaaaa

"Reuters": ABŞ İranın hərbi obyektinə zərbə endirib

28 may, 2026
04:00
1 017

"Reuters": ABŞ İranın hərbi obyektinə zərbə endirib

ABŞ İranın hərbi obyektinə zərbə endirib.

"Report"un xəbərinə görə, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ İranın bir neçə pilotsuz təyyarəsini vurub və ələ keçirib.

Onun sözlərinə görə, zərbə İranın Hörmüz boğazında Amerika qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hərbi obyektinə endirilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirib. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəlib. Sonra Ağ Evin rəhbəri Donald Tramp atəşkəs rejimini qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Müzakirələr nəticəsiz başa çatıb.

ABŞ Tehrana təzyiq tədbiri olaraq İran limanlarının və Hörmüz boğazından keçidi blokadaya alıb. İran öz növbəsində Fars körfəzi ölkələrinə yönələn gəmilər üçün Hörmüz boğazının bağlandığını bəyan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul