Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək
sizinxeber.az xəbər saytı

Macarıstanın Baş naziri Brüsseldə NATO və AK rəhbərləri ilə görüşəcək


Macarıstanın Baş naziri Peter Madyar 28 və 29 mayda Brüsseldə NATO-nun baş katibi Mark Rutte, belçikalı həmkarı Bart de Vever və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə rəsmi görüşlər keçirəcək.

"Report"un xəbərinə görə, P.Madyar bu barədə feysbukdakı hesabında yazıb.

"Sabah (bu gün-red) NATO-nun baş katibi və Belçikanın Baş naziri ilə, cümə günü isə Brüsseldə Avropa Komissiyasının sədri ilə görüşəcəyəm. Hər kəs Aİ-dən trilyonlarla forintin alınması üçün çalışır", - o yazıb.

O, daha əvvəl pandemiyadan sonra Brüsselin dondurduğu Aİ-nin Bərpa Fondundan Macarıstana borclu olan 10,4 milyard avronun alınması ilə bağlı bu həftə Avropa Komissiyası ilə razılığa gələcəyini gözlədiyini bildirib. Madyar xatırladıb ki, bu vəsaitləri almaq üçün yeni Macarıstan hökuməti Avropa Komissiyasının tələblərini, o cümlədən demokratiyanın gücləndirilməsi, qanunun aliliyinin bərpası və korrupsiyaya qarşı mübarizəni yerinə yetirməlidir.

Oxşar xəbərlər

Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
Fon der Lyayen: Aİ Macarıstanın yeni rəhbərliyi ilə əməkdaşlığa hazırdır
Madyar: Macarıstan və Avropa Komissiyası Budapeşt üçün vəsaitlərin blokdan çıxarılmasını müzakirə edir
Peter Madyar mayın 9-da Macarıstanın Baş naziri vəzifəsinin icrasına başlayacaq
Aİ Macarıstanın yeni liderinə 35 milyard avroya çıxış üçün onlarla şərt irəli sürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər