Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib
İdarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Hacımurad Yusifova Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib.
Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə H.Yusifov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs olunub
Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Göyçayda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb
Avtomobil idarə edən narkotik istifadəçisi stasionar postda saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
