Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs olunub
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Sizinxeber.az"a verilən məlumata görə, idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Hacımurad Yusifova Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.
Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə H.Yusifov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












