Avtomobil idarə edən narkotik istifadəçisi stasionar postda saxlanılıb
sizinxeber.az xəbər saytı

Avtomobil idarə edən narkotik istifadəçisi stasionar postda saxlanılıb


Baş Dövlət Yol Polisi İdarəsinin Yevlax rayonu ərazisində yerləşən stasionar postunda yükdaşıma qaydalarını pozan “İsuzi” markalı evakuator sürücüsü saxlanılıb.

Bu barədə Sizinxeber.az-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən paytaxt sakini Nadir Həsənovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

"Müayinə və araşdırma zamanı N.Həsənovun avtomobili narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etməsi, habelə eyni əməli il ərzində təkrar törətməsi müəyyən olunub. N.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, sürücülük hüququ iki il müddətə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib", - deyə məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kirayələdiyi maşınla narkotik daşıyan sürücü saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qusarda avtomobili narkotik və spirtli içki təsiri altında idarə edən 21 sürücü aşkar olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər