Lənkəranda 24 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-1
Oktyabrın 17-si saat 22 radələrində Lənkəran rayonu ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Ruslan Məmizadənin Lənkəran şəhəri ərazisində Elnur Cəfərova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ruslan Məmizadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***
01:39
Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin mərkəzində yerləşən bağda baş verib.
Bıçaqlanan Lənkəran rayonunun Şiləvar kənd sakini 2000-ci il təvəllüdlü Elnur Elşən oğlu Cəfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 24 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 37 yaşlı kişini öldürməkdə şübhəli bilinən 21 yaşlı gənc saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki gün əvvəl əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq: Bakıda 20 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













