Lənkəranda 24 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin mərkəzində yerləşən bağda baş verib.
Bıçaqlanan Lənkəran rayonunun Şiləvar kənd sakini 2000-ci il təvəllüdlü Elnur Elşən oğlu Cəfərov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 37 yaşlı kişini öldürməkdə şübhəli bilinən gənc saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 37 yaşlı kişini öldürməkdə şübhəli bilinən 21 yaşlı gənc saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 20 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













