Lənkəranda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Lənkəranda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB


Oktyabrın 17-si saat 22 radələrində Lənkəran rayonu ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Ruslan Məmizadənin Lənkəran şəhəri ərazisində Elnur Cəfərova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ruslan Məmizadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

00:11

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Ruslan Məmizadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda 24 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maştağada 37 yaşlı kişinin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda gənc oğlan öldürülüb, saxlanılan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göyçayda 26 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər