Bakıda 37 yaşlı kişini öldürməkdə şübhəli bilinən 21 yaşlı gənc saxlanılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda 37 yaşlı kişini öldürməkdə şübhəli bilinən 21 yaşlı gənc saxlanılıb - YENİLƏNİB


Oktyabrın 13-də saat 23 radələrində 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan APA-ya verilən məlumata görə, aparılmış araşdırmalarla 2003-cü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məmmədəli Əmirxanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

***

08:37

Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.

Oxşar xəbərlər

Maştağada 37 yaşlı kişinin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb - YENİLƏNİB
Prokurorluq: Bakıda 20 yaşlı gənci qətlə yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB
Bakıda məktəbli qətlə yetirilib, həmyaşıdı saxlanılıb - YENİLƏNİB-1
İki gün əvvəl əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda 37 yaşlı kişini öldürməkdə şübhəli bilinən gənc saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle