Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunanların məhkəməsində zərərçəkənlər ifadə verib
sizinxeber.az xəbər saytı

Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunanların məhkəməsində zərərçəkənlər ifadə verib


Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Məhkəmə iclası oktyabrın 30-da davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

"Talassemiya Mərkəzində ayrıca otaq ayrılmışdı" - Xəstə uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunanların məhkəməsi
Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunan şəxslər məhkəmədə ifadə verib
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Bu şəraiti ona baş həkim yaratmışdı
Talassemiyalı uşaqların pullarını mənimsəməklə bağlı məhkəmədə: Hesabda 100 minlərlə vəsait olub, lakin hesabatlarda 5-6 manat göstərilib
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Xəstə yönəldən zaman sponsorunun olduğunu deyirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle