Talassemiyalı uşaqlara yığılan pulu mənimsəməkdə ittiham olunan şəxslər məhkəmədə ifadə verib
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Nuridə Seyidova və Aynur Bayramova dindirilib.
Nuridə Seyidova çıxışı zamanı 2016-cı ildən dərman şirkətləri ilə çalışdığını bildirdi:
“Türkiyə və Rusiyada olan dərman şirkətləri ilə fiziki şəxs kimi müqavilə əsasında çalışırdıq. Dərman şirkətləri özləri də bu işdə maraqlı olduqları üçün əməkdaşlıq üçün mütaciət edirdi”.
Hakimin “Vəzifəli şəxslərdən sizə xəstə yönlədirmə olurdu?” sualını Nuridə Seyidova cavablayaraq qeyd edib ki, bizə bir neçə dəfə belə zənglər daxil olub:
“Mərkəzi Klinikada cərrah olaraq çalışan Tariyel və Mərkəzi Gömrük Hospitalında transpotoloq Mircəlal həkim xəstələri Ayselə, Aysel də mənə ötürürdü”.
Digər təqsirləndirilən şəxs Aysel Məmmədova çıxışı zamanı əməliyyatdan öncə xəstədən pulun 50 faizinin alındığını və qalan məbləği Nuridəyə verdiyini bildirib:
“Əməliyyat 50 min manat idisə, xəstə yaxınları 50 faizini, yəni 25 min ödəyirdi. Pullar Mərkəzi Klinika, Olimp Hospital və Mərkəzi Gömrük Hospitalına köçürülürdü”.
Bununla yanaşı, təqsirləndirilən şəxs Aynur Bayramova rentgen texniki vəzifəsində çalışdığını və tibb kollecini bitirdiyini qeyd edib:
“Mənim qızım da xəstə idi. Onu müalicə üçün Türkiyəyə aparırdım. 2018-ci ildə oradan Səbahəddin doktor Bakıya gəldi. Ona transpotoloq lazım olduğunu bildirdi. Bu işi mənə təklif etdilər. Bildirdilər ki, övladımın sağalmasına köməklik edəcəklər və ora gedib-gəlmək, qalmaq xərci qarşılanacaq.
Mən Antalya Medical Hospitalda Akif doktorun yanında köməkçi işlədim. Onun yanına gələn xəstələri siyahıya alırdım. Orada 5 il işlədim”.
Aynur Bayramova qeyd edib ki, onu Nuridə Seyidova ilə Fidan adlı qadın tanış edib:
“2022-ci il may-iyun ayında mən Nuridə ilə işə başlamışam. Rəsmi işləməmişəm. Nuridənin “AMAY Plaza”da ofisi var idi. Səbahəddin doktor bildirdi ki, Fidan xanımın iştirakı ilə yeni ofis götürülsün. Bura türk doktorların çalışması üçün uyğun deyil. Biz “Çinar Plaza”da yeni ofis tutduq”.
Təqsirləndirilən şəxs Antalya Medical Hospitaldan ayda 500 dollar əmməkhaqqı aldığını, qan apararkən bütün xərclərinin qarşılandığını qeyd edib.
Proses sentyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Xəstə yönəldən zaman sponsorunun olduğunu deyirdi
Talassemiyalı uşaqların pullarını mənimsəməklə bağlı məhkəmədə: Hesabda 100 minlərlə vəsait olub, lakin hesabatlarda 5-6 manat göstərilib
Talassemiyalı uşaqların pulunun mənimsənilməsinə dair
Aksizsiz mallar və dərmanların qaçaqmalçılığında təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













