Binədə dava düşüb, bir nəfər bıçaqlanıb, saxlanılan var - YENİLƏNİB
Oktyabrın 6-da saat 01 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisindən qəsəbə sakini 1992-ci il təvəllüdlü N.Quliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisə törətməkdə şübhəli bilinən qəsəbə sakini 2006-cı il təvəllüdlü H.Ağayev və 1992-ci il təvəllüdlü S.Ağayev müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar davam etdirilir.
***
08:14Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Savxoz ərazisində 1992-ci il təvəllüdlü Quliyev Nicat Şərafət oğlu bıçaqlanmış vəziyyətdə aşkarlanıb.
Onun dava zamanı bıçaqlandığı məlum olub. Çoxlu qan itirən yaralı xəstəxanaya çatdırılıb.
N.Quliyev cərrahi əməliyyat olunub.
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.
Oxşar xəbərlər
Bakıda dava düşüb, bir nəfər bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
44 yaşlı Bakı sakini bıçaqlanıb, şabhəli şəxs saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda dava düşüb, bıçaqlananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN Bakıdakı bıçaqlanma ilə bağlı açıqlama yayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda gənc oğlan dava zamanı bıçaqlanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












