Son bir ayda Hacıqabulda narkotik satan 15 nəfər saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışını təşkil edən əvvəllər məhkum olunmuş Araz Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın heroin, tiryək və kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb.
Araşdırmalar zamanı A.Hüseynovun narkotik vasitələrini satış məqsədilə əldə etdiyi müəyyən olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayon sakini Əliağa Bayramov saxlanılıb. Həmin şəxsdən də metamfetamin və heroin aşkarlanıb.
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Hacıqabulda bir ayda narkotiklərlə bağlı 15 nəfər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda əvvəllər məhkum olunmuş şəxsdən 5 kq narkotik götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəx saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə silah və narkotik vasitələr satan şəxslər saxlanılıblar - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda narkotik satışını təşkil edən şəxslər saxlanılıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












