Hacıqabulda bir ayda narkotiklərlə bağlı 15 nəfər saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışını təşkil edən əvvəllər məhkum olunmuş Araz Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Sizinxeber.az"a verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın heroin, tiryək və kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb.
Araşdırmalar zamanı A.Hüseynovun narkotik vasitələrini satış məqsədilə əldə etdiyi müəyyən olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayon sakini Əliağa Bayramov saxlanılıb. Həmin şəxsdən də metamfetamin və heroin aşkarlanıb.
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Sabirabadda əvvəllər məhkum olunmuş şəxsdən 5 kq narkotik götürülüb
Şəkidə silah və narkotik vasitələr satmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
