Oğuzda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Oğuzda yol qəzası olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB


Oğuzda qəza zamanı xəsarət alan sürücülardən biri ölüb.

Bu barədə "Sizinxeber.az"a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Sentyabrın 8-də saat 15 radələrində rayonun Bayan kəndi ərazisində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü, 37 yaşlı Əyyub Əyyubov aldığı xəsarətlərdən xəstəxanada ölüb, “Mercedes”in sürücüsü Tural Lətifov və 3 sərnişini xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

16:46

Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Sizinxeber.az"un Şimal-qərb bürosuna məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində Əyyub Əyyubovun idarə etdiyi “VAZ-2107” və Turan Lətifovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və “Mercedes”də olan sərnişinlər xəsarət alıb.

Hazırda araşdırma aparılır.

16:05

Oğuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Oğuzda qəzada 1 nəfər ölüb, bir ailənin 4 üzvü xəsarət alıb - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıllıda yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Oğuzda qəzada 1 nəfər ölüb, bir ailənin 4 üzvü xəsarət alıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər