Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub
sizinxeber.az xəbər saytı

Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub


Oğuzda yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna məlumat verilib.

Bildirilib ki, sentyabrın 8-də saat 15 radələrində Oğuz rayonunun Bayan kəndi ərazisində Əyyub Əyyubovun idarə etdiyi “VAZ-2107” və Turan Lətifovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və “Mercedes”də olan sərnişinlər xəsarət alıb.

Hazırda araşdırma aparılır.

16:05

Oğuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, "VAZ-2107" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Yaralılar ilk öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB- 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatalada 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə yol qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər