Göyçayda "Hyundai" markalı avtomobil ət dükanına çırpılıb - FOTO
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami və M. Müşviq küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ət dükanına çırpılıb.
Yaralılar dərhal təcili yardım avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, sentyabrın 2-də saat 00:00 radələrində Göyçay şəhəri ərazisində Murad Abdullayevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb.
Nəticədə sərnişin, 2003 -cü il təvəllüdlü Rəşad Süleymanov sınıq xəsarətləri alıb.
Sürücü, eləcə də digər üç sərnişinə isə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ağsuda maşın hasara çırpılıb, sərnişin ölüb
Qəbələdə yol qəzası olub, sürücü ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
