Qaradağ rayonunda zəncirvari qəza olub, ölən və xəsarət alan var - YENİLƏNİB-1
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 13:15 radələrində Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan kişi cinsli şəxs aşağı ətrafın travması diaqnozu ilə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına təxliyə olunub. Xəsarət alan digər şəxsin (qadın cinsli) isə həkiməqədər ölümü qeydə alınıb.
***
15.16
Bu gün, saat 13:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində Ordubad rayon sakini Nəcəfli Damət Elşad oğlunun idarə etdiyi “Renault” markalı, 77-CV-128 dövlət qeydiyyat nişanlı avtomobil, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən 1960-cı il təvəllüdlü Əsgərova Tahirə Mirzə qızını vurub. Piyada hadisə yerində həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsindən Sizinxeber.az-ya verilən məlumata görə, qəzadan sonra “Renault” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan 99-UB-743 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı, 10-VM-056 dövlət qeydiyyat nişanlı “MITSUBİSHİ” markalı və 77-MG-570 dövlət qeydiyyat nişanlı “Opel” markalı nəqliyyat vasitələri zəncirvari toqquşub.
Toqquşma nəticəsində Hüseynov Rahim Nəriman oğlunun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarında dayanan Əlizadə Eminbəy Faiq oğlunu vurub. Xəsarət alan E.Əlizadə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP və aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
***
14.24
Bakının Qaradağ rayonu ərazisində ağır qəza olub.
Sizinxeber.az xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Bunun ardınca daha 3 maşın bir-birinə dəyib.
Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaradağ rayonunda zəncirvari qəza olub, ölən və xəsarət alan var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












