Qardaşının həyətindən oğurluq edən keçmiş məhkum saxlanılıb
Masallıda oğurluq edən şəxslər saxlanılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki yaşayış evlərindən birinin həyətindən 1370 manat dəyərində inşaat materialları oğurlayan şəxs saxlanılıb. Əməli törədən şəxsin zərərçəkmişin qardaşı, əvvəllər məhkum olunmuş Sadiq Zeynalov olduğu müəyyən edilib.
Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində isə rayon ərazisində yerləşən istirahət mərkəzlərindən birindən oğurluq edən Salam Əzizov saxlanılıb. Saxlanılan şəxsin sözügedən obyektin həyətindən ümumi dəyəri 5000 manat olan soyuducu, elektrik transformatoru və digər məişət avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır
Oxşar xəbərlər
On min manatlıq oğurluq edən şəxslər tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə iş yoldaşının bank kartından oğurluq edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda qonaq qaldığı evdən oğurluq edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nardaranda evdən 20 min manatlıq oğurluq olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












