DYP Ələtdə yük maşını ilə mikroavtobusun toqquşduğu qəza barədə məlumat yayıb - FOTO
"Sürücü səhlənkarlığı yolda hər zaman ciddi təhlükədir. Görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir".
APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.
Məlumata görə, ötən gün, saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ələt qəsəbəsindən keçən hissəsində Sabirabad rayon sakini Elmir Əhmədovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili qarşıda gedən “Mercedes” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusda olan bir azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
"Yük avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda törətdiyi ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır", məlumatda deyilir.
Oxşar xəbərlər
DYP Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
