Tovuzda 6 nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə xəstəxanada keçinib
sizinxeber.az xəbər saytı

Tovuzda 6 nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə xəstəxanada keçinib


Tovuzda baş verən dəhşətli qəzada ağır xəsarət alan yeniyetmə Gəncədə yerləşən xəstəxanada ölüb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, iki avtomobilin toqquşması zamanı xəsarət alan 13 yaşlı Zaur Həsənovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ağır yol-nəqliyyat hadisəsi gecə saatlarında Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mercedes"lə "VAZ 2106 " markalı minik maşınları toqquşub. Qəza zamanı 5-i hərbçi olmaqla, 6 nəfər hadisə yerində ölüb.

Qəza ilə bağlı cinayət işi açılıb.

Oxşar xəbərlər

Tovuzda zəncirvari qəza olub, xəsarət alan var
Tovuzda qəza olub, xəsarət alanlar var
Gəncədə qəza olub, xəsarət alan var
Tovuzda altı nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə ölüb
Tovuzda qəza olub, xəsarət alanlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər