Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan uşaq xəstəxanada ölüb
Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb.
"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, aprelin 22-də gecə saatlarında baş verən yol qəzasında xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu K.Şirəlizadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Şəkidə 11 gün əvvəl yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
Şəkidə yol qəzası baş verib, xəsarət alan var
Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb
Naxçıvanda avtomobil qəzasında xəsarət alan kişi 4 gün sonra xəstəxanada ölüb
Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb, ölən var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












