Hacıqabulda qəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Hacıqabulda qəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2


Hacıqabulda baş verən qəzada ölənlərin sayı 2-yə çatıb.

Sizinxeber.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan sərnişin, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı xəstəxanada dünyasını dəyişib.

***
18:12
02.01.2025

Hacıqabulda baş verən qəzada 1 nəfər ölüb.

Qəza zamanı ağır kəllə beyin travması alan 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu xəstəxanada ölüb.

17:08

Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb.


Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı bir ailənin 4 üzvü-Sabirabad sakinləri, 2016-cı il təvəçlüdlü Qəhəmanov Yusif Zamin oğlu, 2018-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı, 1990-cı il təvəllüdlü Qəhrəmanlı Vilayət Rzaxan oğlu, Bakı sakini, 2016-cı il təvəllüdlü Sarıyev Elvin Elşən oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Daha 2 nəfər ambulator yardım alıb. Faktla bağlı araşdırma aparılır.

15:47

Hacıqabulda baş verən qəzada yaralananlar var.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı azyaşlı ağır yaralanıb, vəziyyəti kritikdir. Digər 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Hacıqabulda qəzada 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Hacıqabulda qəzada azyaşlı ölüb, xəsarət alanlar var
Hacıqabulda qəzada xəsarət alanlar var
Hacıqabulda qəza baş verib, 2 nəfər ağır xəsarət alıb - VİDEO
Hacıqabulda qəza nəticəsində xəsarət alanların kimliyi məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle