SANA: İsrailin hərbi maşınları Suriyaya daxil olub
İsrail ordusu bazar günü Suriyanın cənubundakı Quneytra vilayətinin bir bölgəsinə daxil olaraq müvəqqəti yoxlama-buraxılış məntəqəsi qurub və yoldan keçənləri yoxladıqdan sonra geri çəkilib.
"Sizinxeber.az" xəbər verir ki, bunu SANA-ya (Syrian Arab News Agency) yerli mənbələr açıqlayıb.
"İki hərbi nəqliyyat vasitəsindən ibarət qüvvə Seydə əl-Qolan kəndi ilə Məzrəət əl-Bəsəli arasındakı yol boyunca irəliləyib. İsrail əsgərləri ərazidən keçən insanları saxlayıb və yoxlayıb, sonra geri çəkiliblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, İsrail 4 hərbi maşınla Dəra vilayətinin kəndlərindən birinə daxil olub və eyni fəaliyyəti həyata keçirib.
"4 hərbi maşında təxminən 150 əsgər olub. İsrail hərbçilərinin qurduğu məntəqələrdə kimlərinsə saxlanılıb həbs olunması barədə məlumat yoxdur", - mənbədən bildirilib.
Oxşar xəbərlər
SANA: İsrail hərbçiləri Suriyanın cənubundakı bir neçə yaşayış məntəqəsinə daxil olub
İsrail ordusu Suriyanın cənubundakı bir neçə yaşayış məntəqəsinə daxil olub
İsrail Ordusu şərqdən buraxılmış PUA-nı ələ keçirib
İsrailin Suriyaya endirdiyi aviazərbələr nəticəsində azı 10 nəfər həlak olub
İsrail ordusu: “Hizbullah”ın dron hücumu nəticəsində 4 əsgər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
