

Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Bərdədə "Lada" markalı minik maşınının aşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər (hər biri kişi cinsli olmaqla) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1995-ci il təvəllüdlü şəxs aqonal vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
1999-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
Hadisə nəticəsində 1 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
23:14
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Lada" markalı minik maşını idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü 2003-cü il təvəllüdlü İsgəndərov Binnət Taleh oğlu həyatın itirib.
Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB
Abşeronda qəza nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Sumqayıtda minik avtomobili zibil maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Tovuzda yol qəzası olub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
