Qətər Hörmüz boğazından keçid üçün müvəqqəti rüsumların müzakirəsinə hazır olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Qətər Hörmüz boğazından keçid üçün müvəqqəti rüsumların müzakirəsinə hazır olduğunu bildirib


Qətər Hörmüz boğazından keçidə daimi rüsumların tətbiqinə qarşı çıxır, lakin gəmiçiliyin təhlükəsizliyini təmin etmək məqsədilə müvəqqəti ödənişlərin müzakirəsinə hazır olduğunu açıqlayıb.

Doha News-un məlumatına görə, bu barədə Qətərin baş nazir müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdülrəhman Al Tani Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik forumunda danışıb.

“Qanunla müəyyən edilmiş rüsumların tətbiqinə qarşıyıq. Qətər və Fars körfəzi tərəfdaşları dəfələrlə açıq şəkildə bildiriblər ki, belə ödənişlər istehlakçıya zərər verir. Buna görə də biz buna qarşıyıq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, əgər İran hakimiyyəti müəyyən müddət üçün rüsumların minalardan təmizləmə və ya müvəqqəti təhlükəsizlik ehtiyacları üçün istifadə olunacağını desə, bu məsələ danışıqlar mövzusu ola bilər.

Nazir qeyd edib ki, müvəqqəti ödəniş Hörmüz boğazı vasitəsilə tranzitin normallaşmasına kömək edə bilər.

Oxşar xəbərlər

Baş nazir Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb
ABŞ-ın müharibə naziri: Çin ölkəmizin təhlükəsizliyini təhdid edə bilməməlidir
Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığı müzakirə olunub
Türkiyə XİN rəhbəri və Qətər əmiri görüşüb
Azərbaycan XİN rəhbərinin müavini Qətərə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər